Azərbaycan Texniki Universitetinin (AzTU) (əvvəl Azərbaycan Politexnik İnstitutu) ilk kafedralarından olan Ali riyaziyyat kafedrası 1950-ci ildə fəaliyyətə başlayıb. 1976-cı ildə professor Kərim Abdulxaliq oğlu Kərimovun təşəbbüsü ilə Tətbiqi və hesablama riyaziyyatı kafedrası yaradılıb. Sonra bu kafedra Tətbiqi riyaziyyat adlandırılıb. Daha sonra kafedra Riyaziyyat-2 adı altında fəaliyyətə başlayıb. 2001-ci ildə Riyaziyyat-1 və Riyaziyyat-2 kafedraları birləşdirilərək Riyaziyyat kafedrası adlandırılıb. 2019-cu ildə kafedranın adı yenidən dəyişilərək Mühəndis riyaziyyatı kafedrası adlandırılıb. 2021-ci ildə universitetdə struktur dəyişikliyi ilə əlaqədar olaraq İnformasiya texnologiyaları və proqramlaşdırma və Mühəndis riyaziyyatı kafedraları birləşdirilərək onların bazasında Mühəndis riyaziyyatı və süni intellekt kafedrası yaradılıb. Hazırda kafedrada 3 ixtisas üzrə bakalavr səviyyəsində, 3 ixtisas üzrə isə magistratura səviyyəsində (10 ixtisaslaşma) kadr hazırlanır.

Kafedranın elmi istiqamətləri: Kafedrada elmi tədqiqat işləri əsasən aşağıdakı istiqamətlərdə yerinə yetirilir: • İnformasiyanın məhdudluğu şəraitində texniki sistemlərin idarə edilməsi metod və alqoritmlərinin işlənməsi; • Korporativ informasiya sistemlərində və bulud (Cloud Computing) texnologiyalarıdan istifadədə təhlükəsizliyinin təmin olunması metodlarının işlənməsi; • Süni intellekt (Artificial Intelligence) və intellektual proqram (Software) məhsullarının elmi-praktiki problemləri; • Böyük verilənlər (Big Data) və Verilənlərin intellektual analizi (Data mining) texnologiyalarının perspektivləri və işlənilməsi problemləri.

Kafedranin əməkdaşlığı: • Azərbaycan Respublikasında fəaliyyət göstərən universitetlərin uyğun Kafedraları; • AMEA institutları; • Türkiyə Universitetləri; • Rusiya Federasiyasının universitetləri.

Bakalavr təhsil səviyyəsi üzrə:


2021-ci ildən kafedrada yeni ixtisaslar üzrə bakalavr hazırlığına başlanılıb:


Magistr təhsil səviyyəsi üzrə: